8 iyun 2025 at 20:25
Jurnalist kodu: 5561
Xəbər kodu: 85855892
T T
0 Persons

Madeleine gəmisinin naviqasiya sistemində nasazlıq baş verib

8 iyun 2025 at 20:25
Xəbər kodu: 85855892
Madeleine gəmisinin naviqasiya sistemində nasazlıq baş verib

Tehran – IRNA: Qəzzə zolağındakı blokadanı yarmaq məqsədilə yola çıxan Madeleine gəmisi, Qəzzə sahillərinə yaxınlaşarkən ciddi naviqasiya sistemi problemi ilə üzləşib. Bir neçə saat əvvəl İsrailin müharibə naziri bu gəminin Qəzzəyə çatmasına imkan verməyəcəklərini bildirmişdi.

Hazırda “Azadlıq Donanması” kimi tanınan bu təşəbbüs çərçivəsində hərəkət edən Madeleine gəmisinin naviqasiya cihazları işləməz hala düşüb.

Braziliyalı jurnalist və Azadlıq Donanmasının rəhbəri Tyaqo Avila bu gün (bazar günü) bildirib ki, gəminin bütün naviqasiya avadanlıqları sıradan çıxıb. O, həmçinin deyib: “Onlar (israillilər) bizi dayandırmağa və ya hücum etməyə hazırlaşırlar.”

Avilanın sözlərinə görə, hazırda Qəzzə sahillərindən 162 dəniz mili (təxminən 260 kilometr) uzaqda olsalar da, gəminin naviqasiya sistemində onların İordaniyada bir hava limanında olduqları göstərilir.

Avila əlavə edib: “Biz yaxşı bilirik ki, onlar əlaqə vasitələrimizi və sistemlərimizi pozmağa başlayanda bu nə deməkdir. Bu, onların bizi dayandırmaq və ya bəlkə də bizə hücum etməyi planlaşdırdıqlarının göstəricisidir.”

Sizin rəyiniz

You are replying to: .