11 iyun 2025 at 15:15
Jurnalist kodu: 5564
Xəbər kodu: 85859090
T T
0 Persons
İpək Yolu boyunca texnoloji əməkdaşlıq üçün İranın 6 təklifi

Tehran – IRNA – İran İslam Respublikasının Prezidentinin Elmi, Texnoloji və Bilik əsaslı İqtisadiyyat üzrə müavini, “Elmi və Texnoloji Mübadilə sahəsində Kəmər və Yol” adlı ikinci konfransda, İpək Yolu boyunca texnoloji əməkdaşlıq üçün 6 əsas strateji təklif irəli sürüb.

Prezident Aparatının Elmi və Texnoloji məsələlər üzrə nümayəndəsi Hüseyn Afşin, bu təklifləri milli potensial, praktiki təcrübə və regional yanaşma əsasında təqdim edib:

İnkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğun, ucuz və lokalizasiyaya uyğun texnologiyaların uyğunlaşdırılması üçün BRI TechMatch platformasının yaradılması

Tehran şəhərində Kəmər və Yol təşəbbüsündə iştirak edən ölkələr üçün Regional Gələcək Araşdırmaları və Texnologiya İzləmə Mərkəzinin təsis olunması

Birgə Referans Laboratoriyaları Şəbəkəsi (BRI LabsNet)nin yaradılması

BRI yolundakı tərəfdaş ölkələrin gənclərinə yönəlik regional texnoloji bacarıqların tədris proqramının həyata keçirilməsi

Süni intellektin nəqliyyat sahəsində tətbiqi üçün beynəlxalq infrastruktur şəbəkəsinin yaradılması

Etika, məlumat idarəçiliyi və texnologiyanın ədalətli ötürülməsi prinsipləri əsasında BRI-yə qoşulan ölkələrin texnoloji əməkdaşlıq Xartiyasının hazırlanması

Hüseyn Əfşin bildirib ki, dördüncü sənaye inqilabının dalğası ilə "Kəmər və Yol" təşəbbüsünün kəsişdiyi bu məqamda, artıq bu yol yalnız mal daşıma yolu olmamalı, mənaların, bacarıqların, texnologiyanın və etimadın ötürülməsi üçün dəhlizə çevrilməlidir.

Hazırda, bu nümayəndə heyətinin başında duran Əfşin, “Bir Kəmər – Bir Yol” təşəbbüsü konfransında iştirak və Çin rəsmiləri ilə görüşlər məqsədilə bu ölkəyə səfər edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .