O qeyd edib ki, dinə əsaslanan, təmiz və ədalətli insanlardan ibarət, zalımlara qarşı duran və zəifləri müdafiə edən məclislə, nizamsız, zalımlara və cinayətkarlara dəstək verən məclislər arasında yerlə göy qədər fərq var.
Ayətullah Xamenei, nümayəndələri İslam İnqilabının prinsiplərinə sadiq qalmağa, düşmənlərin qərəzli və ittiham dolu açıqlamalarına qarşı qətiyyətlə cavab verməyə və milli əzəməti qorumağa çağırıb.
O əlavə edib: “Məclisin çıxış və qərarlarında başqalarının xoşuna gəlib-gəlməməsi yox, İnqilabın prinsipləri və xalqın mənfəətləri əsas olmalıdır.”
O, sonda bildirib ki, İran xalqının böyük güclərin təzyiqlərinə qarşı duruşu milli iradənin və əzəmətin nümunəsidir və bu iradə, məclis qanunlarında da öz əksini tapmalıdır.
Sizin rəyiniz