"Mən istəyirəm ki, İranla razılaşma əldə olunsun. Qarşıdurmanın qarşısını almağı üstün tuturam."
O qeyd edib ki, ABŞ İranla razılaşmaya nisbətən yaxınlaşıb, lakin: "İran danışıqlarda bizə müəyyən güzəştlər etməlidir, hansı ki, hələlik bu güzəştlərə hazır deyil."
Tramp administrasiyasının nümayəndələri, ABŞ və İran arasında davam edən dolayı danışıqlara baxmayaraq, bir tərəfdən birbaşa danışıqlara çağırış edir, digər tərəfdən isə ziddiyyətli bəyanatlarla və maksimal təzyiq siyasəti çərçivəsində təhdidlər səsləndirməklə, razılaşmanın əldə olunmamasının mümkün nəticələrinə dair beynəlxalq ictimaiyyətdə narahatlıq yaratmağa çalışırlar.
Sizin rəyiniz