-
Yəmən və İraq müqaviməti Hayfada sionist rejim gəmisinə qarşı birgə əməliyyat keçirdi
Tehran - İRNA - Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bu gün (çərşənbə) İraqın İslami müqaviməti ilə birgə hərbi əməliyyat və Hayfa limanında sionist rejim gəmisinin hədəfə alınmasını açıqlayıb.
-
Hizbullah növbəti dəfə sionist rejimin mövqelərini darmadağın etdi - Video
Tehran - İRNA - Livan Hizbullah Hərəkatı sionist rejimin mövqelərinə qarşı hücumların davamında işğal olunmuş Fələstin sərhədində sionist hərbçilərin yerləşdiyi yerə yeni zərbə endirdiyini açıqlayıb.
-
Lavrov: Amerikanın Rusiya, Çin və İranı eyni zamanda cilovlamaq istəyi sadəlövhlükdür
Moskva - İRNA - Rusiyanın Xarici İşlər naziri deyib: “Bayden administrasiyasının praktiki siyasətlərində gördüyümüz istəklər və meyllər yeni məsələ deyil, o cümlədən onların Rusiya, Çin və İran İslam Respublikasını eyni zamanda cilovlamaq istəyi də sadəlövhlükdür.”
-
Kənani: İran ölüm və narkotik alverçilərinə qarşı qlobal mübarizənin bayraqdarıdır
Tehran - İRNA - Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi İran İslam Respublikasının qlobal narkotik təhlükəsi ilə mübarizədə güclü iradəsini vurğulayıb.
-
Rusiya qazının İrana ixracına dair anlaşma memorandumunun imzalanması - Tehran regionun qaz habına çevrilir
Tehran - İRNA - Bu gün Rusiya qazının İrana ötürülməsinə dair Tehran və Moskva arasında anlaşma memorandumu imzalanıb. Bu anlaşma ölkəmizin regional qaz habına çevrilməsi, şəhid Prezidentin vədinin yerinə yetirilməsi istiqamətində böyük addımdır.
-
Çin növbəti dəfə sionist rejimdən Qəzzəyə hücumlarını dayandırmağı tələb edib
Tehran - İRNA - Çinin BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasında sionist rejimdən Qəzzəyə hücumlarına son qoymağı tələb edib.
-
Ötən ildə 3 il öncə ilə müqayisədə qeyri-neft ixracında 40% artım qeydə alınıb
Tehran - İRNA - İran gömrüyü hicri şəmsi təqvimilə 1402-ci (mart 2022-2023) ildə ölkənin qeyri-neft ixracatının mart 2020-2021-ci illə müqayisədə 40 faiz artdığını açıqlayıb və elan edib: İranın qeyri-neft ticarəti mart 2020-2021-ci ildəki 74 milyard dollardan 57 faiz artaraq keçən il 116 milyard dollara çatıb.
-
UNRWA: Qəzzada hər gün 10 uşaq bir və ya iki ayağını itirir
Tehran - İRNA - Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) rəhbəri deyib: Orta hesabla Qəzza zolağında hər gün 10 fələstinli uşaq bir və ya iki ayağını itirir.
-
Olmert Netanyahunun istefaya göndərilməsini istədi
Tehran - İRNA - Sionist rejimin keçmiş baş naziri “Ehud Olmert” çərşənbə axşamı gecə Benyamin Netanyahunun hakimiyyətdən uzaqlaşdırılmasını tələb edib.
-
İran səfiri: Amerikanın Suriyadan qeyd-şərtsiz çıxarılması regional sülh və sabitlik üçün lazımdır
Nyu-York - İRNA - İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani “Amerika qüvvələrinin Suriyadan tam, dərhal və qeyd-şərtsiz çıxarılmasının Suriyanın sülhü və sabitliyi üçün zəruri olduğunu” vurğulayaraq dedi: Onlar terrorizmlə mübarizə aparmaq əvəzinə, BMT-nin təyin etdiyi “Cəbhət ən-Nusra” (Təhrir Əş-Şam heyəti) kimi terror qruplaşmalarına dəstək verməyə, Suriya xalqının neftini və sərvətini talamağa davam edirlər.