17 iyul 2023 at 20:02
Jurnalist kodu: 5487
Xəbər kodu: 85172983
T T
0 Persons

Tags

13-cü hökumətin yanaşması ixracı inkişaf etdirməkdir - Xarici ticarət heyətləri İranda

Tehran – İRNA - Kooperativ Palatasının Dəstək, Planlaşdırma və Tədqiqatlar üzrə sədr müavini 13-cü hökumətin yanaşmasının dünyanın müxtəlif ölkələrinə ixracı inkişaf etdirmək olduğunu bildirərək deyib: “Xarici işgüzar nümayəndə heyətlərinin İranda olması və sərgilərə baş çəkməsi, sənaye-istehsal mallarının keyfiyyətini müşahidə etməsi ixracın inkişafına səbəb olur.”

Əli Muti Cahani bazar ertəsi 12-ci Lift Sərgisi çərçivəsində İRNA müxbirinə verdiyi açıqlamada deyib: “13-cü hökumətin yanaşması dünyanın müxtəlif ölkələrinə ixracı inkişaf etdirməkdir. Bununla əlaqədar olaraq ticarət nümayəndə heyətlərinin iştirakı ilə məhsulların təqdimatı ilə sərgilər keçirməklə ixraca sərfəli olan təşviqlər və ixrac siyasətləri təqdim olunub.”

Cahani əlavə edib: “#İran malları kəmiyyət və keyfiyyət baxımından dünya bazarlarında rəqabət aparmağa qadirdir və biz maneələri aradan qaldırmaq və ixracı asanlaşdırmaqla sənətkarları dəstəkləyirik.”

Lift Sərgisində ticarət nümayəndə heyətlərinin iştirakına toxunaan Kooperativ Palatasının sədr müavini qeyd edib ki, Pakistan, İraq, Kürdüstan regionu, Əfqanıstan və Omandan olan işgüzar nümayəndə heyətləri lift və eskalator sənayesinin ən son nailiyyətləri ilə tanış olublar. Bu sərginin digər hissəsində İspaniya, Almaniya, İtaliya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri ixracın inkişafı üçün istehsalçı və sənətkarlarla danışıqlara başlayıblar.

Sədr müavini sərgi çərçivəsində Pakistan, İraq və Türkiyənin xarici ticarət nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirildiyini, burada xarici bazarların ixrac imkanları və ehtiyaclarının araşdırıldığını diqqətə çatdırıb.

Cahani bildirib: “Kooperativ Palatası kooperativlərlə yanaşı, qonşu ölkələrə və regiona malların, eləcə də hissələrin, avadanlıqların, texniki və mühəndislik xidmətlərinin ixracına tam hazırdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .