Azərbaycanın “Abşeron” qaz yatağının 30%lik hissəsi BƏƏ-nin payına düşdü

Tehran – İRNA - Birləşmiş Ərəb Əmirliyinin Enerji sahəsində fəaliyyət göstərən ADNOC (Abu Dhabi National Oil Company) şirkəti Azərbaycan Respublikasındakı “Abşeron” qaz yatağının səhmlərinin 30%ni almağa müvəffəq olduğunu bildirib.

İRNA-nın Əl-Xəlic onlayn-a istinadən verdiyi məlumata görə, bu addım ADNOC-un qlobal qaz bazarlarında daha güclü iştirakı məqsədi ilə atılıb.

ADNOC bir bəyanatda elan etdi: Maliyyə təfərrüatları açıqlanmayan bu müqavilə, müvafiq tənzimləyici orqanların təsdiqinə tabedir.

Bu müqavilə başa çatdıqdan sonra “Abşeron” qaz yatağının səhmlərinin 30%nə BƏƏ-nin ADNOC şirkəti, SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və Total (Fransa neft şirkəti) isə 35%nə sahib olacaq.

BƏƏ-nin ADNOC şirkətinin bəyanatında bildirilir ki, bu müqavilə şirkətə zəngin təbii ehtiyatlara və perspektivli inkişaf potensialına malik regionda mövcudluğunu möhkəmləndirməyə imkan verəcək.

Şirkət bildirib ki, bu addım onun Avropa və Mərkəzi Asiyadakı beynəlxalq qaz bazarlarına çıxışına yol açacaq. Şirkətin fikrincə, burada davamlı artım müşahidə olunur və olunacaqdır.

ADNOC şirkətinin icraçı direktoru Musabbah Əl-Kəabi deyib: Əminik ki, SOCAR və Total ilə strateji tərəfdaşlıq gələcək onilliklər üçün Xəzər dənizi regionunun resurslarından istifadənin reallaşdırılmasına mühüm töhfə verəcək.

Əl-Xəlic onlayn xəbər verib: BƏƏ ilə Azərbaycan Respublikası arasında müxtəlif iqtisadi, ticari, enerji və digər sahələrdə yaxşı və sabit əlaqələr mövcuddur.

BƏƏ həm də Azərbaycan Respublikasının əsas ticarət tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında qeyri-neft sektorunda ticarətin həcmi təqribən 2 milyard 400 milyon dirhəm (təxminən 654 milyon dollar) olub ki, bu da 2020-ci illə müqayisədə təxminən 600 milyon dirhəm (təxminən 163 milyon dollar) artım deməkdir.

Sizin rəyiniz

You are replying to: .