13 avqust 2023 at 23:19
Jurnalist kodu: 5487
Xəbər kodu: 85198051
T T
0 Persons

Tags

Avazada Xəzər konfransı – Xəzəryanı ölkələr dəniz suyunun azalmasından narahatdırlar

Tehran – İRNA – Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov Türkmənistanın Milli Turizm Zonası Avazada keçirilən "Xəzər dənizi - Sülh və Dostluq Dənizi" adlı elmi-praktik konfransda bu dənizin ekoloji problemlərindən və suyun səviyyəsinin azalmasından narahatlığını bildirib.

İRNA-nın bazar günü verdiyi xəbərə görə, Xəzər dənizi günü münasibətilə “Xəzər dənizi - Sülh və Dostluq Dənizi” elmi-praktik konfransı diplomatik və beynəlxalq təşkilatların nümayəndəliklərin rəhbərləri və nümayəndələrinin, habelə mötəbər xarici KİV-in iştirakı ilə Türkmənistanın məşhur Avaza Milli Turizm Zonasında keçirilir. Konfransın ümumi iclasında Türkmənistanın Xarici İşlər naziri və İran İslam Respublikası, Azərbaycan Respublikası, Qazaxıstan və Rusiya səfirliklərinin tanınmış nümayəndələri çıxış ediblər.

Konfrans iştirakçıları Xəzəryanı ölkələr arasında gələcəkdə intensiv əməkdaşlığın zəruriliyini vurğuladılar. Çıxışlarda Türkmənistanın Xəzər regionunun ən mühüm proseslərində fəal iştirak etdiyi, sülh, yekdillik və qarşılıqlı faydalı əməkdaşlıq ideyalarına sadiqliyini nümayiş etdirdiyi vurğulanıb.

Sizin rəyiniz

You are replying to: .