İRNA-nın “Sputnik”-ə istinadən verdiyi məlumata görə, Musa Xərfi əlavə edib ki, sionist rejimin Şimali Afrikada mövcudluğu və bu rejimin Tunislə münasibətləri normallaşdırmaq cəhdləri işğalın qanuniləşdirilməsi məqsədi ilə həyata keçirilir.
O vurğulayıb: “Əlcəzair bu mövqedə tək də qalsa, hələ də normallaşmanın əleyhinədir.”
Əlcəzair Parlamentinin sədr müavini qeyd edib ki, onun ölkəsi sionistlərlə güzəştə getməmək çox baha başa gəlsə belə, İsraillə münasibətlərini normallaşdırmayacaq. Əlcəzair normallaşma cəhdinə qarşıdır. Çünki özü onilliklər boyu müstəmləkə olub və bu düşmənin həqiqətini yaxşı tanıyır.
Musa Xərfi deyib: “Region ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırması yalnız hökumət səviyyəsindədir, halbuki xalqlar normallaşmaya qarşıdır. Biz İsrail rejimini heç vaxt ərəb dünyasının bir hissəsi ola bilməyən müstəmləkəçi hesab edirik.
Bundan əvvəl Əlcəzair Parlamentinin spikeri Saleh Kovjil demişdi ki, bu ölkə Fələstin xalqının ideyası yolunda tutduğu mövqedən heç vaxt geri çəkilməyəcək.
Əlcəzair Prezidenti Əbdülməcid Tabun da ölkəsinin Fələstin xalqının istəklərini dəstəklədiyini dəfələrlə bəyan edib.
Sizin rəyiniz