İRNA-nın məlumatına görə, Prezident Ayətullah Seyid İbrahim Rəisi BRİKS-in 15-ci Zirvə toplantısındakı çıxışında üzv ölkələrin bu qrupu genişləndirmək qərarını yüksək qiymətləndirərək deyib: “Bu hərəkət ədalət əsasında qlobal inkişaf yolunu açır.”
Prezident əlavə edib: “İranın BRİKS-ə üzvlüyünün faydaları tarix yaradacaq və beynəlxalq arenada ədalət, insaf, əxlaq və davamlı sülh istiqamətində yeni və daha güclü bir fəsil açacaq.”
Ayətullah Rəisi vurğulayıb: “Dominantlıq, ədalətsizlik, ayrı-seçkilik və mənəvi böhran dünyanı çətin vəziyyətə salıb.”
Prezident BRİKS-i qlobal münasibətlərdə dəyişiklik və təkamül simvolu adlandıraraq deyib ki, BRİKS dünya birliyinin problemlərinin həllinə kömək edə bilər və BRİKS-in təsirinə qlobal inam artır.
İranın BRİKS üzvləri ilə əhəmiyyətli siyasi və iqtisadi əməkdaşlığı olduğunu diqqətə çatdıran Prezident deyib: “Son dövrlərdə biz bu əməkdaşlığın sıçrayışının və dərinləşməsinin çox aşkar şəkildə şahidi olduq.”
Sizin rəyiniz