23 sentyabr 2023 at 12:21
Jurnalist kodu: 5487
Xəbər kodu: 85236632
T T
0 Persons

Tags

Suriya üzrə Astana prosesinin üçtərəfli iclası keçirilib

23 sentyabr 2023 at 12:21
Xəbər kodu: 85236632
Suriya üzrə Astana prosesinin üçtərəfli iclası keçirilib

Nyu York - İRNA - İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə Astana prosesinin Suriya məsələlərinin araşdırılması mövzusunda üçtərəfli görüşü BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilib.

İRNA müxbirinin verdiyi məlumata görə, Suriya üzrə Astana prosesinin üçtərəfli iclası Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində İran, Rusiya və Türkiyə xarici işlər nazirləri Hüseyn Əmir Abdullahiyan, Hakan Fidan və Sergey Lavrovun iştirakı ilə İran İslam Respublikasının ev sahibliyi ilə keçirilib.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Ger Pedersen də İran, Rusiya və Türkiyə xarici işlər nazirləri arasında keçirilən üçtərəfli danışıqların başlamasından bir neçə dəqiqə sonra onlara qoşulub.

Doktor Əmir Abdullahiyan Astana prosesinin qarantı olan ölkələrin başçılarının Tehranda keçirilən əvvəlki görüşünə toxunaraq deyib: “Təəssüf ki, Suriyada humanitar vəziyyət əvvəllər olduğu kimi yenə də böhranlı olaraq qalır. Bunun bir hissəsi birtərəfli sanksiyalar və Suriya xalqının əmlakının və təbii sərvətlərinin talan edilməsi ilə bağlıdır. Bu sanksiya və talanlar qadın, uşaq və digər suriyalıları hədəf alıb. Biz bu görüşdə Suriyadakı humanitar vəziyyətlə bağlı ümumi narahatlığımızı təkrar edirik, Suriyaya qarşı sanksiyaların qeyri-qanuni olduğunu və onların tamamilə ləğvinin zəruriliyini bir daha vurğulayırıq.”

Əmir Abdullahiyan qeyd edib ki, Suriyanın yenidən qurulması ilə bağlı məsələlər Suriyaya təzyiq elementinə çevrilməməlidir və suriyalı qaçqınların problemlərinin həlli su və elektrik sektorunda, eləcə də digər xidmət sektorlarında lazımi infrastrukturun təmin edilməsini tələb edir. O vurğulayıb: “Bu məsələdə BMT-nin və Qaçqınlar üzrə Ali Komissarlığın rolu çox önəmlidir.”

Görüşdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Türkiyə Xarici İşlər naziri Hakan Fidan və BMT Baş katibinin xüsusi nümayəndəsi Ger Peterson da çıxışlarında Astana prosesinin məqsədlərinə uyğun olaraq Suriya problemlərinin həllinə kömək etmək üçün öz mövqe və fikirlərini bildiriblər.

İştirakçılar bu görüşün təşkilində və keçirilməsində İran İslam Respublikası nümayəndə heyətinin rolunu yüksək qiymətləndirib və təşəkkür ediblər.

Sizin rəyiniz

You are replying to: .