2 oktyabr 2023 at 20:37
Jurnalist kodu: 5487
Xəbər kodu: 85246200
T T
0 Persons

Tags

Ermənistan Aİ-ni Azərbaycana sanksiya tətbiq etməyə çağırdı

2 oktyabr 2023 at 20:37
Xəbər kodu: 85246200
Ermənistan Aİ-ni Azərbaycana sanksiya tətbiq etməyə çağırdı

Tehran - İRNA - Ermənistanın Avropa İttifaqındakı nümayəndəsi çıxışında Azərbaycanın Ermənistana hücum ehtimalının çox yaxın olduğunu bildirərək, Avropa İttifaqını Bakıya qarşı sanksiya tətbiq etməyə çağırıb.

İRNA-nın “Reuters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bazar ertəsi Ermənistan Aİ-dən Qarabağ bölgəsində apardığı hərbi əməliyyatlara görə Azərbaycana sanksiya tətbiq etməsini tələb edib və xəbərdarlıq edib ki, əgər qərb qətiyyətli addımlar atmasa, Bakı tezliklə Ermənistanın özünə də hücum edəcək.

Ermənistanın Aİ-dəki nümayəndəsi Tiqran Balayan Azərbaycan hökumətinə təzyiq göstərmək üçün Avropa İttifaqına neft və qaz ixracı üçün qiymət tavanının müəyyən edilməsi, Bakı ilə danışıqların dayandırılması kimi sanksiyalar tətbiq etməyi təklif edib.

O, həmçinin qərbdən Ermənistana daha çox təhlükəsizlik yardımı göndərməyi xahiş edib.

Balayan Brüsseldə “Reuters” agentliyinə müsahibəsində deyib: Azərbaycanın Ermənistana mümkün hücumu təkcə İrəvanın fikri deyil, bir çox ekspertlər, eləcə də Aİ-yə üzv dövlətlər tərəfindən təsdiqlənib.

Azərbaycan ordusunun Qarabağın dağlıq bölgəsində apardığı hərbi əməliyyat bu bölgədə yaşayan 100 mindən çox erməninin məcburi köçməsinə səbəb olub.

Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edib. Bakı isə Ermənistana hücum etmək fikrində olmadığını da vurğulayıb.

Balayan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin vədlərinə etibar etmək olmaz. O, əlavə edib: “Avropa rəsmiləri onun Qarabağa hücum etməyəcəyi ilə bağlı verdiyi vədləri pozduğunu bəyan ediblər.”

Sizin rəyiniz

You are replying to: .