13 oktyabr 2023 at 22:14
Jurnalist kodu: 5387
Xəbər kodu: 85257329
T T
1 Persons

Tags

General Səlami: “Əl-Əqsa Tufanı” Fələstin hərəkatının ən böyük qələbəsidir

Tehran - İRNA - SEPAH Baş komandanı deyib: “1948-ci ildən bəri qondarma sionist rejimin mövcudluğu tarixində bu rejim üçün ən böyük məğlubiyyət və Fələstin hərəkatının ən böyük qələbəsi “Əl-Əqsa Tufanı” əməliyyatında baş verdi.”

İRNA-nın siyasi sahə üzrə müxbirinin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı general-mayor Hüseyn Səlami bu gün (13 oktyabr, cümə) Tehranda cümə namazı xütbələrindən öncəki çıxışında “Əl-Əqsa Tufanı” əməliyyatına toxunaraq deyib: “1948-ci ildən bəri qondarma sionist rejimin mövcudluğu tarixində bu rejim üçün ən böyük məğlubiyyət və Fələstin hərəkatının ən böyük qələbəsi “Əl-Əqsa Tufanı” əməliyyatında baş verdi.”

SEPAH Baş Komandanı “Əl-Əqsa Tufanı” əməliyyatının qəsbkarlar tərəfindən öz torpağından didərgin salınmış bir xalqın nifrətinin yığılması və sıxılmasının nəticəsi olduğunu bəyan edərək deyib: “Təxminən yüz il əvvəl ABŞ və İngiltərənin İslam dünyasının peykərinə zəhərli xəncər batırdıqları vaxtdan bu günə qədər Fələstin, Livan, Suriya, İordaniya və Misir xalqlarına qarşı ən misli görünməmiş cinayətlər Amerika, İngiltərə və bəzi Avropa ölkələrinin dəstəyi ilə sionist rejim tərəfindən törədilib.”

SEPAH Baş komandanı müsəlman xalqlarının tarixi yaddaşının Amerikanın sionist rejimə əsirgənməz dəstəyini heç vaxt unutmadığını bildirərək deyib ki, BMT Təhlükəsizlik Şurasında qəsbkar İsrailə qarşı qəbul edilmiş bütün qətnamələrə veto qoyulması Amerikanın sionistlərə hərbi kəşfiyyat, maddi-texniki, psixoloji, media və hərbi dəstəkdən əlavə verdiyi siyasi dəstəyin bir nümunəsidir. Belə ki, amerikalılar bu rejimə maksimum dəstək verməkdə heç bir dəstəyi əsirgəməyiblər.

1 Persons

Sizin rəyiniz

You are replying to: .