14 oktyabr 2023 at 00:35
Jurnalist kodu: 5487
Xəbər kodu: 85257378
T T
0 Persons

Tags

Əmir Abdullahiyanın Suriyanın Xarici İşlər naziri Feysəl Miqdad ilə görüşü

Tehran - İRNA - Hüseyn Əmir Abdullahiyan Suriyaya səfəri zamanı bu ölkənin xarici işlər naziri Feysəl Miqdad ilə görüşüb və söhbət edib.

İRNA-nın Suriyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Əmir Abdullahiyan regional səfərlərinin üçüncü istiqaməti olan bu ölkəyə səfəri zamanı Suriyanın yüksək səlahiyyətli rəsmiləri ilə Fələstin məsələsi ilə bağlı məsləhətləşib.

Əmir Abdullahiyan bu görüşdə deyib: Biz bu gün bölgədəki hadisələri və Fələstin xalqına dəstək üçün iki tərəf arasında əməkdaşlığı müzakirə etmək üçün Dəməşqdəyik.

Ölkəmizin xarici işlər naziri qeyd edib: Suriya müqavimətin ön cəbhəsində dayanan əsas ölkələrdən biri olan Fələstin xalqına dəstək olaraq İslam və ərəb humanitar missiyasını yerinə yetirib.

Sizin rəyiniz

You are replying to: .