24 oktyabr 2023 at 16:00
Jurnalist kodu: 5487
Xəbər kodu: 85269448
T T
0 Persons

Tags

İran Azərbaycan ilə Ermənistan arasında mübahisələri həll etməyə hazır olduğunu bildirdi

Tehran - İRNA - Prezident Ermənistanın Xarici İşlər naziri ilə görüşdə əcnəbilərin müdaxiləsini regional sülh və sabitliyə zərərli hesab edərək deyib: “İran İslam Respublikası özünün qüdrətli və nüfuzlu mövqeyini nəzərə alaraq, Azərbaycan ilə Ermənistan arasında mövcud olan mübahisələrin həllinə kömək etməyə hazırdır.”

İran İslam Respublikasının Qafqaz ölkələrinin təhlükəsizliyini özünün təhlükəsizliyi hesab etdiyini bəyan edən Prezident Amerika, sionist rejim və qərb ölkələrinin bu region ölkələri arasında sülh və sabitliyin pozulmasında dağıdıcı roluna işarə edərək deyib: “Sionist rejimin Qəzzada bugünkü cinayətləri, Amerika və onun qərbli müttəfiqlərinin bu cinayətlərə açıq dəstəyi bütün ölkələr üçün bir ibrətdir ki, bu müstəmləkəçi hökumət və rejimlərin heç vaxt onların əsl dostları olmayacaqlarını bilsinlər.”

Ayətullah Rəisi vurğulayıb ki, bu günlərdə Qəzzada baş verən hadisələr sionistlərin region xalqlarına qarşı irqçi və aparteid siyasətlərinin təcəssümü və qəsbkar sionist rejimlə əlaqələr qurulmasının böyük səhvinin sübutudur və xalqlar bunu heç vaxt qəbul etməyəcək.

Bu görüşdə Ararat Mirzoyan da İran İslam Respublikasının Qafqaz regionunda baş verən hadisələrlə bağlı aydın və güclü mövqeini yüksək qiymətləndirərək, bu həssas bir dövrdə region ölkələri arasında İran mərkəz olmaqla görüşlərin keçirilməsi və müzakirələrin aparılmasının zəruriliyini vurğulayıb.

Ermənistanın Xarici İşlər naziri sionist rejimin mülki əhaliyə, xüsusilə də Qəzzanın qadın və uşaqlarına hücumu ilə bağlı cinayətlərini pisləyib, Ermənistanın məzlum Fələstin xalqına münasibətdə mövqeinin İran İslam Respublikasının mövqeləri ilə üst-üstə düşdüyünü bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .