24 oktyabr 2023 at 16:10
Jurnalist kodu: 5487
Xəbər kodu: 85269511
T T
0 Persons

Tags

OANA döyüş bölgələrində jurnalistlərin təhlükəsizliyinə zəmanət verilməsini tələb edib

Tehran - İRNA - Asiya və Sakit Okean Ölkələri Xəbər Agentliklərinin (OANA) idarə heyəti bəyanat yayaraq bütün döyüş bölgələrində jurnalistlərin təhlükəsizliyini tələb edib.

İRNA-nın məlumatına görə, Asiya və Sakit Okean Xəbər Agentliklərinin (OANA) idarə heyəti bu təşkilatın İstanbulda keçirilən toplantısının açılış mərasimində verdiyi bəyanatda bildirib: “Rəqəmsal əsrdə dezinformasiya müasir və ənənəvi media vasitəsilə geniş şəkildə yayılır ki, bu da auditoriyaya hadisələrin təhrif olunmuş və aldadıcı mənzərəsini verir. Gözənti budur ki, informasiya agentlikləri yalan məlumatlarla mübarizədə öz peşə borcunu yerinə yetirsin, auditoriyaya hərtərəfli və balanslaşdırılmış məlumat təqdim etsin.”

OANA geniş ictimaiyyət arasında media savadının təbliğini vurğulayıb, etibarlı və etibarsız xəbər mənbələri arasında fərq qoyulmalı olduğunu bəyan edib.

OANA öz bəyanatında Fələstin xalqının Qəzza zolağındakı vəziyyətindən narahatlığını ifadə edib və bu bölgədə xəbər hazırlayan jurnalistlərə dəstək olmağa çağırıb.

OANA bütün qurum və təşkilatlardan jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün ən yüksək tədbirlər görməyi istəyib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .