İRNA-nın çərşənbə gecəsi Pakistan ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, general Seyid Asim Munir Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, bu ölkənin Ordu Qərargah rəisi, Hərbi Hava Qüvvələri komandanı və Müdafiə naziri ilə görüşüb.
Bu səfər iki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Bu görüşlərdə tərəflər müdafiə və təhsil sahələrində əməkdaşlığın artırılması barədə razılığa gəliblər.
Pakistan və Azərbaycan Respublikasının rəsmiləri iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın yeni səviyyələrdə inkişaf etdirilməsi üzrə bir-birlərinin öhdəliklərinə sadiq olduqlarını vurğulayıblar.
Sizin rəyiniz