8 noyabr 2023 at 18:06
Jurnalist kodu: 5487
Xəbər kodu: 85285265
T T
0 Persons

Tags

Prezident: İran xalqı sanksiyaları fürsətə çevirmək qərarına gəlib

Tehran - İRNA - Prezident deyib: “İran xalqı və gəncləri sanksiya və təhdidləri fürsətə çevirmək qərarına gəlib. Bu fürsətləri bu gün İslami İranda görmək olar.”

İRNA müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi Tacikistan Prezidenti İmaməli Rəhmanla birgə mətbuat konfransında deyib: “Bu gün İran İslam Respublikası təhdid və sanksiyalara baxmayaraq, müxtəlif sahələrdə, xüsusilə elm və texnologiya sahəsində böyük irəliləyiş əldə edib.”

Ayətullah Rəisi əlavə edib: “İran xalqı və gəncləri sanksiya və təhdidləri fürsətə çevirmək qərarına gəlib. Bu imkanları bu gün İslami İranda tam şəkildə görmək olar.”

Fələstin məsələsinə və Qəzzada baş verənlərə toxunan Prezident deyib: “Qəzza əhalisinə qarşı hücumların tez bir zamanda dayandırılması, Fələstində soyqırım və körpə qətliamlarına son qoyulması bizim tərəfimizdən hər zaman vurğulanmışdır. İndiyədək 4000 uşaq, minlərlə günahsız və məzlum Fələstin əhalisi amerikalıların və qərblilərin dəstəyi ilə sionist rejim tərəfindən şəhid edilib.”

Prezident deyib: “Bu gün dünya xalqı bu hücumların dərhal dayandırılmasını, Qəzza əhalisinin mühasirəsinə dərhal son qoyulmasını, Fələstin xalqına yardımların başlanmasını və Fələstin xalqının hüquqlarına diqqətin yetirilməsini istəyir. Ümid edirik ki, qlobal və beynəlxalq təşkilatlar dünya insanlarının səsini eşidəcək, onların istəklərinə diqqət yetirəcəklər.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .