10 noyabr 2023 at 19:46
Jurnalist kodu: 5487
Xəbər kodu: 85286759
T T
0 Persons

Tags

Sionistlərin növbəti cinayəti - Məktəbə hücum və 50 şəhid - Video

Tehran - İRNA - Qəzza zolağında günahsız Fələstin xalqını qətliam etməkdən doymayan sionist rejim ordusu bu gün (cümə) axşam saatlarında bu zolaqdakı məktəbə hücum edərək, daha bir vəhşi cinayətə imza atıb.

İRNA-nın məlumatına görə, Fələstin mediaları bu gün axşam saatlarında sionist rejim ordusunun Qəzzada Əl-Baraq məktəbini bombalayaraq daha bir qeyri-insani hərəkətə imza atdığını bildirib.

Əl-Cəzirə telekanalı bu məktəbin eyni vaxtda sionist rejimin bombardmançı təyyarələri və artilleriyasının hücumuna məruz qaldığını açıqlayıb.

Bu xəbərə görə, bu hücumda 50-yə yaxın fələstinli şəhid olub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .