İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında bu gün Qəzzə hadisəsini şərəf cəbhəsi ilə şər cəbhəsinin qarşıdurması adlandıraraq, hər kəsin hansı cəbhədə dayandığını müəyyən etməli olduğunu vurğulayıb, Amerika hökumətini son 5 həftədə sionistlərin Qəzzanın məzlum əhalisinə qarşı cinayətlərinin təşkilatçısı və əsas tərəfdaşı kimi tanıdaraq deyib: “Qəzza böhranına son qoymaq üçün ilk və ən təcili addım Qəzza əhalisinin qətliamını, mülki şəxslərə qarşı kor-koranə hücumları, xüsusilə xəstəxanalara, məktəblərə, düşərgələrə və yardım mərkəzlərinə edilən hücumları dayandırmaqdır.”
Prezident bu böhrandan ikinci çıxış yolunu Qəzzanın humanitar blokadasının tamamilə aradan qaldırılması, Qəzzaya yardımların çatdırılması, ərzaq və dərmanların daxil olması üçün misirli qardaşların əməkdaşlığı ilə Rəfah keçidinin dərhal və qeyd-şərtsiz açılması hesab edib.
Seyid İbrahim Rəisi sionist rejimin Qəzzədən dərhal çıxarılmasını vurğulayaraq, bu böhranın növbəti həlli yolunu İslam ölkələrinin cinayətkar sionist rejimlə siyasi və iqtisadi əlaqələrinin dərhal kəsilməsi, bu rejim ordusunun terrorçu elan edilməsi bəyan edib.
Rəisi həmçinin Qəzzanın yenidən qurulması üçün İslam hökumətləri tərəfindən fond yaradılmasını və İslam ölkələrindən humanitar yardım karvanlarının Qəzza zolağına getməsini təklif edib.
Prezident həmçinin sionist rejimin Əl-Məmədani xəstəxanasına hücum etdiyi günün soyqırım və insanlığa qarşı cinayət günü kimi adlandırılmasını təklif edib.
O, sonda təklif edib ki, sionist rejimin Qəzzəyə hücumları davam edərsə, İslam ölkələri Fələstin xalqına silah yardımı göndərsin.
Dövlət başçısı bu böhrana son qoymağın əsas həll yolunun “müsəlman, xristian və yəhudi olmasından asılı olmayaraq hər bir fələstinli bir səs” demokratik prinsipi əsasında dənizdən çaya qədər vahid Fələstin dövlətinin yaradılması olduğunu bildirib və İslam Respublikasının bunu dəstəkləyəcəyini açıqlayıb.
Sizin rəyiniz