11 noyabr 2023 at 23:32
Jurnalist kodu: 5487
Xəbər kodu: 85288034
T T
0 Persons

Tags

Rəisi: Amerika və sionist rejim Rəfah keçidinin açılmasına mane olur, lakin maneələri dəf etmək lazımdır

Tehran - İRNA - Doktor Rəisi Misir Prezidenti cənab Əbdülfəttah əs-Sisi ilə görüşdə İslam ölkələrinin birliyinin zəruriliyini vurğulayaraq deyib: “İran İslam Respublikasının dost ölkə Misirlə əlaqələrini genişləndirmək üçün heç bir maneə yoxdur.”

Prezident Qahirədə sülh görüşünün keçirilməsini müsbət təşəbbüs kimi qiymətləndirib və Qərb dövlətlərinin onun reallaşmasına mane olduqlarını vurğulayaraq deyib: “Qahirə sülh toplantısı Qəzzada müdafiəsiz və günahsız qadın və uşaqların qətliamında sionist cinayətlərinin sona çatması üçün dönüş nöqtəsi ola bilərdi, amma sionist rejimi dəstəkləyən Qərb ölkələri Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların bu cinayətlərin qarşısını almaq üçün təsirli addımlar atmasına imkan vermədikləri kimi, bu görüşün də səmərəli olmasına mane oldular.”

Bu görüşdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi də ölkəsinin qəti siyasi iradəsinin İranla real əlaqələr qurmaq olduğunu bəyan edərək deyib: “Bu səbəbdən iki ölkə arasında dərin əlaqələri davam etdirmək üçün müvafiq nazirlərə tapşırıq vermişik.”

Misir Prezidenti deyib: “Fələstinə barədə, Misir bu məsələnin nəticələrindən digərlərindən daha çox zərər çəkən ölkədir.”

Sizin rəyiniz

You are replying to: .