İRNA-nın məlumatına görə, keşikçi general-mayor Məhəmməd Baqiri bu gün ordunun 86-cı dəniz eskadrilyasının dünya üzrə missiyasındakı uğurlarına işarə edərək əlavə edib: Sanksiyaların qızğın çağında ölkəmizin gəncləri və sənətkarları tərəfindən inşa edilən destroyerlər dünyanın hər yerində nüfuz və qürurla iştirak etmək gücünə və qabiliyyətinə malikdir.
O, Xəzərin sülh və dostluq dənizi olduğunu bildirərək dedi: Bizim bütün qonşularımız və Xəzər dənizinin sahilində yerləşən ölkələrlə bütün sahələrdə və hərbi baxımdan mehriban münasibətimiz var. Bu mərasimdə bu ölkələrə və onların silahlı qüvvələrinə bir daha sülh və dostluq mesajı veririk.
O əlavə etdi: Bu destroyer və ölkənin şimalındakı donanmadakı digər imkanlarımız sülhün təmin edilməsi, ticarət gəmilərinin təhlükəsizliyi, terrorçularla və gələcəkdə baş verə biləcək hadisələrlə mübarizə xidməti üçün təşkil edilmiş və xaricilərin köməyi olmadan əldə edilmiş bu imkanlar Xəzər dənizində xalqın və bütün qonşu dövlətlərin bütün fəaliyyətləri üçün sabit və etibarlı təhlükəsizliyi təmin etmişlər.
Ordunun Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani də bu mərasimdə deyib: Müasir texnika və silahlara və yüksək dəniz qabiliyyətinə malik “Dilman” destroyeri Şimal Donanmasının dəniz gücünün keyfiyyət səviyyəsinin yüksəldilməsində çox yaxşı imkan yarada bilər.
Sizin rəyiniz