İRNA-nın “Əl-Məyadin” telekanalına istinadən verdiyi məlumata görə, Livanın Xarici İşlər naziri Abdullah Buhəbib bununla bağlı açıqlamasında deyib: “İsrailin Livan ordusunun mövqeyini hədəfə alması, və bunun nəticəsində bir əsgərin şəhid olması, üç əsgərin yaralanmasının ardınca biz Təhlükəsizlik Şurasına şikayət etməyi qərara aldıq.”
“İsrail Livanın suverenliyini pozmağa və ona hücum etməyə davam edir və beynəlxalq qətnamələri yerinə yetirməkdən imtina edir”- deyə, o, vurğulayıb.
Onun sözlərinə görə, İsrailin BMT qətnamələrini yerinə yetirməkdən imtina etməsi münaqişəni alovlandırır, təhlükəsizlik və sabitliyə nail olmaq səylərini sarsıdır.
Sizin rəyiniz