6 dekabr 2023 at 18:28
Jurnalist kodu: 5487
Xəbər kodu: 85314332
T T
0 Persons

Tags

Livan İsraildən Təhlükəsizlik Şurasına şikayət edəcək

6 dekabr 2023 at 18:28
Xəbər kodu: 85314332
Livan İsraildən Təhlükəsizlik Şurasına şikayət edəcək

Tehran - İRNA - Livanın Xarici İşlər naziri çərşənbə axşamı bu ölkə ordusunun mövqelərinə hücumundan sonra Beyrutun sionist rejim əleyhinə BMT Təhlükəsizlik Şurasına şikayət etmək qərarını açıqlayıb.

İRNA-nın “Əl-Məyadin” telekanalına istinadən verdiyi məlumata görə, Livanın Xarici İşlər naziri Abdullah Buhəbib bununla bağlı açıqlamasında deyib: “İsrailin Livan ordusunun mövqeyini hədəfə alması, və bunun nəticəsində bir əsgərin şəhid olması, üç əsgərin yaralanmasının ardınca biz Təhlükəsizlik Şurasına şikayət etməyi qərara aldıq.”

“İsrail Livanın suverenliyini pozmağa və ona hücum etməyə davam edir və beynəlxalq qətnamələri yerinə yetirməkdən imtina edir”- deyə, o, vurğulayıb.

Onun sözlərinə görə, İsrailin BMT qətnamələrini yerinə yetirməkdən imtina etməsi münaqişəni alovlandırır, təhlükəsizlik və sabitliyə nail olmaq səylərini sarsıdır.

Sizin rəyiniz

You are replying to: .