İRNA-nın BMT-dəki müxbirinin verdiyi məlumata görə, yerli vaxtla cümə günü axşam saatlarında BMT-nin Təhlükəsizlik Şurasının iclasında Birləşmiş Ərəb Əmirliklərinin təklif etdiyi qətnamə səsə qoyuldu, Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü lehinə, bir üzv yəni ABŞ əleyhinə səs verib, bir üzv, yəni İngiltərə bitərəf qalıb.
Təhlükəsizlik Şurasının bu fövqəladə iclası BMT Nizamnaməsinin 99-cu maddəsinin qüvvəyə minməsindən sonra Antonio Quterreş tərəfindən təşkil edilmişdi. BMT Baş katibi Antonio Quterreş İsrail müharibəsinin ardınca Qəzzada insan itkilərinin miqyasına diqqət etməklə, BMT Nizamnaməsinin 99-cu maddəsinə istinad edərək Təhlükəsizlik Şurasının sədrinə məktub göndərmişdi.
Amerikanın öz vetosunu müdafiə etməsi və İsrailin minnətdarlığı
ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud deyib: “Bu qətnamənin təsdiqi irəliyə doğru hərəkət deyildi və obyektiv reallıqdan uzaq idi.”
O, İsrailin onlarla cinayətinə toxunmadan Təhlükəsizlik Şurasının üzvlərinə müraciət edərək deyib: “Oktyabrın 7-də HƏMAS-ın etdiklərini heç bir ölkə qəbul etməməlidir. Ölkələrimizdən hər hansı biri belə bir hücumun şahidi olsaydı, biz bu şuradan vətəndaşlarımızı müdafiə etmək və qorumaq haqqımızı bir daha təsdiqləməsini gözləyərdik.”
Amerikalı diplomat iddia edib: “Təklif olunan qətnamə həm İsrail, həm fələstinlilər, həm də bütün region üçün fəlakətli düsturdur.”
“Şərtsiz atəşkəs” tələbini təklif olunan qətnamənin ən rasional hissəsi adlandıran Robert Vud iddia edib ki, bu atəşkəs HƏMAS-ı ayaqda saxlayacaq və ona oktyabrın 7-nə bənzər bir hərəkəti təkrarlamaq üçün yenidən qruplaşma şansı verəcək.
Rusiya: Amerika diplomatiyası dağıntılar törətməkdədir - Amerikanın vetosu minlərlə fələstinli üçün edam hökmüdür
Rusiyanın BMT-dəki nümayəndəsinin müavini ABŞ-ın Təhlükəsizlik Şurasının Qəzzada təcili humanitar atəşkəsin yaradılmasına dair qətnaməsinə veto qoymasını tənqid edərək deyib: “Amerika Qəzzada atəşkəs yaradılmasına yenidən mane oldu. Atəşkəs yaradılmasına mane olmaq Amerikanın minlərlə, bəlkə də on minlərlə fələstinli üçün edam hökmü çıxarması deməkdir.”
Bu yüksək rütbəli rusiyalı diplomat deyib: “Amerika diplomatiyası yenidən yandırılmış torpaq və dağıntılar buraxmaqdadır.”
Çin ABŞ-ın vetosuna görə təəssüfləndiyini bildirib
Çinin BMT-dəki səfiri Zhang Jun deyib: “Təəssüf edirik ki, Birləşmiş Ştatlar Qəzzada qətliamların davam etməsinə baxmayaraq, atəşkəs tələb edən qətnaməyə qarşı veto hüququndan istifadə edib.”
Çinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi vurğulayıb: “Müharibənin davam etməsinin təsdiqlənməsi Qəzza əhalisinin həyatı və təhlükəsizliyi üçün narahatlıq iddiası ilə ziddiyyət təşkil edir.”
O əlavə edib ki, münaqişənin davam etməsinə göz yummaq və münaqişənin yayılmasının qarşısını almaq istəmək özünü aldatmaqdır.
Fransanın Təhlükəsizlik Şurasının uğursuzluğunu etiraf etməsi
Fransanın BMT-dəki səfiri və daimi nümayəndəsi Nikolas de Riviere də deyib: “Təhlükəsizlik Şurası növbəti dəfə uğursuzluğa düçar oldu. Fransa Qəzzada davam edən insan faciəsindən dərin narahatdır və bu səbəbdən də qətnamənin lehinə səs verdi.”
Emmanuel Makron hökumət nümayəndəsi deyib: “Təhlükəsizlik Şurası birliyin olmaması və danışıqlara həqiqi sadiqlik nümayiş etdirməməsi səbəbindən uğursuzluğa düçar oldu.”
Sizin rəyiniz