11 dekabr 2023 at 20:37
Jurnalist kodu: 5487
Xəbər kodu: 85319367
T T
0 Persons

Tags

Fələstin xalqını qətliam etmək üçün Amerika muzdluları İsrail əsgərlərinin yanındadır

Tehran - İRNA - İnternetdə dərc olunan görüntülər sübut edir ki, bundan əvvəl Ukraynada olan amerikalı muzdlular indi sionist rejimin Qəzzaya hücumuna kömək etmək üçün İsrail əsgərlərinin yanında dayanıblar.

İRNA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, vitural aləmdə yayılan görüntülər Qəzza xalqına qarşı sionist qüvvələr arasında Amerika muzdlularının da oluğuna dəlalət edir. Bu görüntülər həmin amerikalıların işğal olunmuş ərazilərə Ukrayna müharibəsi cəbhəsindən gətirildiyini göstərir.

İrəli Müşahidə Qrupu (FOG) adlı Amerika hərbi şirkəti görüntülər dərc edərək, işğal olunmuş ərazilərdə Fələstin xalqına qarşı İsrail üçün döyüşdüyünü iddia edib.

Bu qrup rəsmi sosial media hesabında Qəzza zolağında ona bağlı əsgərlərin mövcudluğunu əks etdirən çoxlu foto və videolar dərc edib, hətta onların bəzi avadanlıqları Amerika və Ukrayna bayraqları ilə görünür.

2022-ci ilin mart ayından etibarən FOG üzvləri Ukraynaya bir neçə dəfə səfər ediblər. Bu hərbi şirkət dəfələrlə Kiyevin tərəfində Rusiya ilə müharibə üçün Ukraynada iştirak etdiyini bəyan edib.

Bu hərbi şirkət 15 oktyabr 2020-ci ildə Nevada ştatında özəl şirkət kimi rəsmi olaraq qeydiyyata alınıb. Bu qrup Əfqanıstandakı keçmiş Amerika əsgəri Derrik Bils tərəfindən yaradılıb.

“New York Times” qəzeti İsrailin Qəzzaya qarşı cinayətkar hücumlarının davam etməsinə toxunan məqaləsində yazıb: “Qəzzada mülki əhalinin vəziyyətindən narazı olmasına baxmayaraq, Co Bayden administrasiyası bu rejimlə bağlı siyasətində heç bir dəyişiklik etməyib.

Səudiyyə Ərəbistanı və bir sıra digər ərəb ölkələrinin nazirləri Vaşinqtona səfəri zamanı mətbuat konfransında İsrailin hücumlarının dayandırılmalı olduğunu bildiriblər, hətta İordaniyanın xarici işlər naziri Əyman Səfədi bu görüşdə İsraili soyqırımda ittiham etdi.

Amma Amerika öz mövqeyində heç bir dəyişiklik göstərməyib və cümə günü Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hazırlanmış və humanitar atəşkəsə çağıran Təhlükəsizlik Şurasının qətnaməsinə veto qoydu.”

Bu qəzetin yazdığına görə, Bayden Qəzza məsələsi ilə bağlı daxildən və xaricdən təzyiq altında olsa da, bununla bağlı heç bir ciddi addım atmayıb. Ağ Ev rəsmiləri indiyə qədər İsrailə hərbi yardımın kəsilməsi və ya şərtləndirilməsi ilə bağlı söhbətlərə məhəl qoymayıblar və İsrailə Qəzzaya hücumları dayandırmaq üçün dəqiq bir müddət vermədiklərini açıqlayıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .