12 dekabr 2023 at 10:56
Jurnalist kodu: 5487
Xəbər kodu: 85319784
T T
0 Persons

Tags

Rusiyalı ekspert: Rəisinin səfəri Tehran-Moskva münasibətlərində yeni səhifə açdı

Moskva - İRNA - Rusiya Xarici İşlər Nazirliyinə bağlı Moskva Beynəlxalq Münasibətlər İnstitutunun professoru İran Prezidenti ilə rusiyalı həmkarının Kremldəki son görüşünə toxunaraq deyib: “Bu səfər Tehran-Moskva münasibətlərində yeni səhifə açdı.”

Tarixçi və siyasi məsələlər üzrə ekspert Vladimir Şapavalov Moskvada İRNA müxbirinə müsahibəsində əlavə edib: “Yaxın Şərqdəki bugünkü böhranın İranın iştirakı olmadan həll edilə bilməyəcəyini nəzərə alsaq, şübhəsiz ki, bu səfər Rusiya Prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri liderləri ilə son danışıqları və Qəzza zolağındakı mövcud vəziyyətlə əlaqəlidir.”

Onun sözlərinə görə, Rəisinin Rusiyaya səfərindən bir gün əvvəl Putinin Fars körfəzi ölkələrinin liderləri ilə görüşlərindən ayrı, bu məsələyə diqqət etmək lazımdır ki, iranlı həmkarı ilə görüşdən sonra Rusiya lideri Misir Prezidenti və İsrailin baş naziri ilə də telefon danışığı apardı.

Professor qeyd edib ki, bu hadisələr İran və Rusiya liderlərinin Moskva görüşündə Yaxın Şərq və Qəzza zolağında mövcud böhranın həlli yollarını müzakirə etdiklərinə dəlalət edir.

Şapavalov həmçinin Putinin Rəisiyə BƏƏ Prezidenti və Səudiyyə Ərəbistanının vəliəhdi ilə görüşlərinin mühüm nəticələri barədə məlumat verməsi ehtimalını da irəli sürüb.

İran-Rusiya münasibətlərində yeni səhifənin açılması

Rusiyalı ekspert İran və Rusiya arasında strateji əməkdaşlığı vurğulayaraq deyib: “İki ölkə arasında əlaqələr tutduqları strateji yola uyğun olaraq durmadan genişlənir və möhkəmlənir. İran Prezidentinin bu yaxınlarda Moskvaya səfəri və Putinin Rəisinin onu yaxın gələcəkdə Tehrana dəvətini qəbul etməsi iki ölkə münasibətlərində yeni səhifənin açılmasından xəbər verir; bu əlaqələr 2015-ci ildə Suriya böhranında iki ölkə arasında əməkdaşlığa başlayandan bəri güclənməkdədir.”

Sizin rəyiniz

You are replying to: .