Təqsirləndirilən şəxslər vəkil təyin etmək üçün müdafiə hüququndan istifadə etsinlər - İştirak etməmək prosesə mane olmur

Tehran - İRNA - “Münafiqlər” terror qruplaşması üzvlərinin cinayət və əməlləri üzrə məhkəmənin hakimi müttəhimlərin bildirişinin geniş tirajlı qəzetlərdə dərc edildiyini vurğulayaraq deyib: “Təqsirləndirilən şəxslər məhkəmə tərəfindən müdafiəçi vəkil təyin edildikdən sonra özləri də vəkil təyin edə bilərlər, amma onların məhkəməyə gəlməməsi prosesə mane olmur və məhkəmənin təyin etdiyi müdafiəçilərin iştirakı ilə də məhkəmə prosesi davam etdirir.”

İRNA-nın məhkəmə sahəsi üzrə müxbirinin məlumatına görə, çərşənbə axşamı, dekabrın 19-da münafiqlər terror təşkilatının bəşəriyyətə və məzlum İran xalqına qarşı cinayət və vəhşilikləri və soyqırımlarının açıqlanması məqsədilə, bu terror qruplaşması üzvlərinin cinayət və əməllərini araşdıran məhkəmənin ikinci iclası höccətül-islam vəl-müslimin Dehqaninin sədrliyi ilə Tehran Vilayətinin 1 nömrəli Cinayət Məhkəməsinin 11-ci şöbəsində və açıq şəkildə keçirilib.

Bu işin ittiham aktı 700 səhifədən çoxdur. Açıq şəkildə, media mənsublarının və jurnalistlərin iştirakı ilə keçirilən bu məhkəmədə terror qurbanlarının ailələrindən bir qrupu ilə yanaşı, 80-ci illərin terrorçularının dəhşətli cinayətlərinin şahidləri də məhkəmədə iştirak edir.

Tehran Vilayəti 1 nömrəli Cinayət Məhkəməsinin açıqlamasına görə, münafiqlərin cinayətlərinin araşdırılması üzrə məhkəmədə bu qrupun 104 üzvü və bir hüquqi şəxs (İran Mücahidin Xalq Təşkilatı) mühakimə olunur.

0 Persons

Sizin rəyiniz

You are replying to: .