25 dekabr 2023 at 19:15
Jurnalist kodu: 5487
Xəbər kodu: 85333343
T T
0 Persons

Tags

İran Suriya hökumətinə bu ölkənin bütün əraziləri üzərində suverenliyinin bərpasına dəstək verir

Tehran - İRNA - Xarici İşlər naziri Suriyada təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi prosesindən məmnunluğunu ifadə edərək, İran İslam Respublikasının Suriya hökumətinə bu ölkənin bütün əraziləri üzərində suverenliyini genişləndirməsinə dəstəyini vurğulayıb.

İRNA-nın xarici siyasət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, “Fələstin üzrə Tehran Beynəlxalq Konfransı”nda iştirak etmək üçün ölkəmizə səfər etmiş Suriyanın Xarici İşlər naziri Feysəl Miqdad Tehranı tərk etməzdən əvvəl Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb və müzakirə aparıb.

Görüşdə Əmir Abdullahiyan Qəzza və Fələstindəki mövcud hadisələrlə bağlı Suriyanın mövqeini yaxşı dəyərləndirərək vurğulayıb: “İran İslam Respublikası və Suriya Ərəb Respublikası regionda əvvəlkindən daha çox bir-birinin yanındadır və sionist rejimin Fələstində törətdiyi hərbi cinayətlərinə və soyqırımına dərhal son qoyulmasının zəruriliyi barədə ortaq fikrə malikdirlər.”

Sizin rəyiniz

You are replying to: .