26 dekabr 2023 at 19:26
Jurnalist kodu: 5487
Xəbər kodu: 85334576
T T
0 Persons

Tags

Sionist rejimin hərbi bazaları Livan müqavimətinin atəşi altında

26 dekabr 2023 at 19:26
Xəbər kodu: 85334576
Sionist rejimin hərbi bazaları Livan müqavimətinin atəşi altında

Tehran - İRNA - Livan islami müqaviməti bu gün (çərşənbə axşamı) sionist rejimin 6 hərbi bazasını hədəfə aldığını bildirib.

İRNA-nın çərşənbə axşamı “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumatına görə, Livan islami müqaviməti sionist rejim ordusunun mövqelərini hədəfə alması ilə bağlı son bəyanatında müqavimət qüvvələrinin Branit kazarmasındakı 91-ci diviziyanın qərargahını uyğun silahlarla vurduğunu bildirib.

Bəyanatda deyilir: “Mücahidlərimiz Əl-Rahab hərbi bölgəsində düşmən əsgərlərinin toplaşdığı yeri hədəfə alıb, onlardan bir neçəsini öldürüb və yaralayıblar.”

Bununla bağlı sionist “Hədşut Bezman” saytı yazıb: “Fələstinin şimalında tank əleyhinə raketlərin hədəfə dəyməsi nəticəsində 8 əsgər yaralanıb, onlardan 3-ü helikopterlə xəstəxanaya aparılıb.”

Livan Hizbullahı bəyanat yayaraq çərşənbə axşamı səhər saatlarından etibarən sionist rejimin 6 bazasını hədəf aldığını elan edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .