İRNA-nın xarici siyasət şöbəsinin məlumatına əsasən, Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün səhər (bazar ertəsi) sionist rejimin cinayətlərinin 100-cü günü münasibəti ilə virtual məkanda özünün şəxsi səhifəsində dərc etdiyi mesajda yazıb: Sionist rejimin Qəzzəyə qarşı 100 günlük müharibəsi nəticəsində 100 min fələstinli qurbanı (23 mindən çox şəhid və 60 mindən çox yaralı olmaqla) qondarma İsrail rejimi və Amerika hökuməti üçün tarixin səhifələrində və insan vicdanı məhkəməsində əbədi olaraq qara, rüsvayçı və utanc verici bir rekord yazdı.
O dedi: Hazırda sionist rejim minimum strateji nailiyyət əldə etməyib və bu cinayətlər heç vaxt aparteid rejimini süqut təhlükəsindən xilas etməyəcək və rejimin süqutu və onun məlum himayəçiləri üçün zillət və beynəlxalq məsuliyyətdən başqa bir şeylə nəticələnməyəcək. Gələcək Fələstinə və onun məzlum, lakin səbirli və mübariz xalqına məxsusdur.
Sizin rəyiniz