25 yanvar 2024 at 11:40
Jurnalist kodu: 5487
Xəbər kodu: 85365329
T T
0 Persons
Əmir Abdullahiyan: Amerika və İngiltərənin Yəmənə hücumu müharibənin genişlənməsinə səbəb olur

Tehran - İRNA - Xarici işlər naziri ABŞ və İngiltərənin Yəmənə qarşı hərbi təcavüzünü yalnız müharibənin əhatə dairəsinin genişlənməsinə səbəb olan strateji səhv hesab edib.

İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahiyan X sosial şəbəkəsində yazıb: “BMT Təhlükəsizlik Şurasının iclasında Fələstin və Qərbi Asiyada baş verən hadisələr haqda çıxışımda sionistlərin Qəzzada soyqırım və cinayətlərinin dayandırılması və bu bölgəyə dərhal yardım göndərilməsi üçün onun mühasirəsinin aradan qaldırılmasının zəruriliyini vurğuladım.”

Əmir Abdullahiyan çıxışında Fələstinin gələcəyi ilə bağlı əsas qərar verənlərin fələstinlilər olduğunu vurğuladığını qeyd edib.

Xarici İşlər naziri əlavə edib: “Bildirdim ki, Amerika və İngiltərənin Yəmənə qarşı hərbi təcavüzü yalnız müharibənin əhatə dairəsinin genişlənməsinə səbəb olan strateji səhvdir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .