29 yanvar 2024 at 19:47
Jurnalist kodu: 5487
Xəbər kodu: 85369719
T T
0 Persons

Amerika rəsmisi: İranla “daha geniş müharibə” istəmirik

29 yanvar 2024 at 19:47
Xəbər kodu: 85369719
Amerika rəsmisi: İranla “daha geniş müharibə” istəmirik

Tehran - İRNA - Amerika Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr koordinatoru və sözçüsü bu gün (bazar ertəsi) Vaşinqtonun “İranla daha geniş müharibə istəmədiyini” bəyan edərək deyib ki, ABŞ Prezidenti Co Bayden İordaniyadakı Amerika bazasına hücumdan sonra cavab variantları üzərində işləyir.

İRNA-nın “NBC News” saytına istinadən verdiyi məlumata görə, Con Kirbi bildirib: “Bayden, İordaniyadakı ABŞ bazasına pilotsuz təyyarə hücumu nəticəsində üç Amerika əsgərinin öldürülməsinin qisasını alacağına söz verdikdən sonra variantlarını nəzərdən keçirir.”

Vaşinqton hökumətinin “İranla daha geniş müharibə istəmədiyini” vurğulayan C. Kirbi digər bir ittiham irəli sürərək Birləşmiş Ştatlar “Tehranın bölgədəki silahlı qruplaşmaları dəstəklədiyini bilir” - deyə, iddia edib.

Sizin rəyiniz

You are replying to: .