1 fevral 2024 at 12:27
Jurnalist kodu: 5487
Xəbər kodu: 85372855
T T
0 Persons
Vaşinqtonun Karakasa qarşı sanksiyalar təhdidinə Tehran reaksiya verib

Tehran - İRNA - Ölkəmizin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Venesuelaya qarşı sanksiyaları bərpa etmək təhdidlərinə cavab olaraq, rəsmi Vaşinqtonun sanksiyalardan silah olaraq istifadə etməsini pisləyib və bunu BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd adlandırıb.

 İRNA-nın xarici siyasət şöbəsinin məlumatına əsasən, Nasir Kənani deyib: Bu cür tədbirlərə əl atmaq birbaşa ölkələrin daxili işlərinə qarışmaq və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini pozmaqdır. Bunun davam etdirilməsi müstəqil dövlətlərin bu cür müdaxilə siyasətlərinə müqavimət göstərmək iradəsini və əməkdaşlığını artıracaq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .