İstanbulda Çağlayan məhkəməsinin qarşısındakı polis Nəzarət-Buraxılış Məntəqəsinə silahlı hücum olub. Bu hadisədə kişi və qadın 2 terrorçu zərərsizləşdirilib və 3-ü polis olmaqla 6 nəfər yaralanıb.
Daxili İşlər Naziri Əli Yerlikaya sosial şəbəkədə verdiyi açıqlamada 1-i qadın və 1-i kişi olmaqla hücum edən 2 nəfərin öldürüldüyünü açıqlayıb. Nazir Yerlikaya 3-ü polis olmaqla 6 nəfərin yaralandığını, terrorçuların DHKP/C üzvü olduqlarının aşkarlandığını bildirib. Yerlikaya paylaşımında bunları deyib: “Bu gün Çağlayan Məhkəməsinin C qapısı qarşısındakı Nəzarət-Buraxılış Məntəqəsinə qarşı terror aktı törədilib və zərərsizləşdirilən E.Y. və P.B. adlı xainlərin DHKP/C üzvü olduğu müəyyən edilib. Hücum etməyə cəhd edən terrorçular zərərsizləşdirilərkən, 3-ü polis olmaqla, 6 nəfər isə yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis və tibb qrupu göndərilib. Məhkəmənin giriş-çıxışı bağlanıb. Türkiyənin ədliyyə naziri Yılmaz Tunc hadisə ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqının başladığını açıqlayıb.
Ədliyyə naziri Y. Tunc açıqlamasında bu hücumu qınadığını bildirib və deyib: “İstanbul Çağlayan Məhkəməsi qarşısındakı Nəzarət-Buraxılış Məntəqəsinə edilən silahlı hücumu şiddətlə qınayıram. Bu hücumun qarşısını alan qəhrəman polislərimizə təşəkkür etmək istəyirəm və bu hücumda yaralanan polis əməkdaşlarının və vətəndaşların tezliklə şəfa tapmasını diləyirəm”.
Nazir Tunc həmçinin bildirib ki, bu hadisə ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqı başlayıb.
Tehran - İRNA - İstanbulda Çağlayan prokurorluğunun qarşısındakı polis bölməsinə silahlı basqın edilib.
Sizin rəyiniz