Həzrət Ayətullah Xamenei deyib: “İran xalqının düşmənləri öz təxmin və planlarına əsaslanaraq İslam Respublikasının öz 40 illiyini görməyəcəyinə əmin idilər. Amma onların istəyinin əksinə olaraq İranın tərəqqisi dayanmadı, Allahın lütfü ilə və xalqın səy, iradə və imanına arxalanaraq davam edəcək.”
İslam İnqilabının Ali Rəhbəri çıxışının digər hissəsində deyib: “Müqavimət qüvvələrinin duruşu və düşməni onları məhv etməkdən məyus etməsi, həmçinin Qəzza əhalisinin bombardmanlar və müsibətlər qarşısında səbri bu insanların güclü dini imanını göstərir.”
Ali Məqamlı Rəhbər əlavə edib: “Bir cinayətkarın edam edilməsinə görə hay-küy salan qərblilər Qəzzada 30 min günahsız insanın öldürülməsinə göz yumublar və Amerika tam həyasızlıqla və neçənci dəfə olaraq Qəzzanın bombalanmasını dayandırmaqla bağlı qətnaməyə veto qoyur.”
O, bildirib: “Bu, Qərb mədəniyyətinin və sivilizasiyasının və liberal demokratiyanın əsl simasıdır ki, zahirdə onun siyasətçiləri ütülü və gülümsəyən, batində isə quduz it və qaniçən canavardır.”
İslam İnqilabının Ali Rəhbəri vurğulayıb: “Biz əminik ki, bu qərb sivilizasiyası və bu əyri yük mənzil başına çatmayacaq və İslamın haqq mədəniyyəti və düzgün məntiqi bütün bunlara qalib gələcək.”
Sizin rəyiniz