2 mart 2024 at 23:14
Jurnalist kodu: 5561
Xəbər kodu: 85406043
T T
0 Persons

Tags

Sionist rejim və bəzi qərb ölkələri Afrika ölkələrinin sərvətlərini talan etməyə çalışırlar

Tehran - İRNA - Prezident İranın Afrika ölkələri, o cümlədən Mozambik ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayaraq deyib: “İki ölkə münasibətlərində növbəti addımların atılması yeni yol xəritəsinin hazırlanmasını tələb edir. Ona görə də, iki ölkənin yüksək imkanlarını aşkar edib ondan faydalanmaq məqsədi ilə İran və Mozambikin müştərək komissiyası işə salınmalıdır.”

Ayətullah Seyid İbrahim Rəisi şənbə günü, 2 martda Əlcəzairin ev sahibliyi ilə keçirilən Qaz İxracatçısı Ölkələrinin Forumu (GECF) başçılarının 7-ci sammiti çərçivəsində Mozambik Prezidenti Filip Nyusi ilə görüşüb. Bu görüşdə Prezident İran İslam Respublikasının Afrika ölkələri, o cümlədən Mozambik ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayaraq deyib: “Bu görüş iki ölkə arasında əlaqələrin genişləndirilməsi və dərinləşməsi istiqamətində dönüş nöqtəsi ola bilər.”

Mozambik prezidenti Filip Nyusi də görüşdə ölkəsinin İran İslam Respublikası ilə əlaqələrinin inkişafını mühüm hadisələrin reallaşması üçün əsas hesab edib, doktor Rəisinin İran və Mozambikin birgə komissiyasının fəaliyyətə başlaması təklifini alqışlayaraq, iki ölkə arasında razılaşmaların həyata keçirilməsini, həmçinin İran və Mozambik arasında məhkumların ekstradisiyası sazişinin imzalanmasının sürətləndirməsini istəyib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .