Prezident eşitmə qabiliyyəti olmayanlar üzrə futzal milli komandasının çempionluğunu təbrik edib

Tehran - İRNA - Ayətullah Rəisi müraciət ünvanlayaraq Türkiyədə keçirilən 20-ci eşitmə qabiliyyəti olmayanlar üzrə Qış Olimpiya Oyunları-2024 futzal milli komandasının çempionluq qazanmasını təbrik edib, komandanın üzvlərinin və bu işdə zəhməti olanların səylərini yüksək qiymətləndirib.

Prezident müraciət ünvanlayaraq Türkiyədə keçirilən 20-ci eşitmə qabiliyyəti olmayanlar üzrə Qış Olimpiya Oyunları-2024-də ölkəmizin eşitmə qabiliyyəti olmayanlardan ibarət futzal milli komandasının çempion adını qazanması münasibətilə idmansevər İran xalqını təbrik edib və oyunçuların, məşqçilərin, texniki heyətin və bu komandada zəhməti olan hər kəsin dəyərli səylərini yüksək qiymətləndirib.

Prezident Ayətullah Rəisinin müraciətində bildirilir: “Bu böyük uğur bu komandanın istedadlı və qeyrətli futbolçularının parlaq karyerasında daha bir qızıl yarpaqdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .