13 mart 2024 at 18:23
Jurnalist kodu: 5561
Xəbər kodu: 85417929
T T
0 Persons

Tags

Sionist rejimin UNRWA yardım mərkəzinə hava hücumunda 5 fələstinli şəhid olub

Tehran - İRNA - Sionist rejim təyyarələrinin Qəzza zolağının cənubunda Rəfah şəhərində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinə (UNRWA) bağlı yardım mərkəzinə hücumu nəticəsində 5 fələstinli şəhid olub, onlarla fələstinli yaralanıb.

“Al Ghad” xəbər agentliynin bildirdiyinə görə, işğalçı rejimin təyyarələri UNRWA-ya bağlı mərkəzi bombalayıb və nəticədə onlarla fələstinli qaçqın şəhid olub və yaralanıb.

Bu hücumla bağlı yayılan videolarından görünür ki, çoxlu sayda yaralı qaçqın humanitar yardım daşıyan yük maşınlarının yanında yerə yıxılıb və qətliam edilib.

Bu hücumun şəhid və yaralılarından bəziləri Rəfah şəhərindəki Küveyt xəstəxanasına yerləşdirilib. Halbuki, bu xəstəxana sığınacaq çatışmazlığı səbəbindən qaçqınların sığınacağına çevrilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .