İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Yaxın Şərq və Suriyadakı vəziyyətlə bağlı iclasında əlavə edib: Bu ay Suriyada münaqişənin başlamasının 13-cü ildönümüdür. Bu 13 il ərzində Suriya xalqı çox əziyyət çəkdi və bu münaqişə bütün regionda sülh, təhlükəsizlik və sabitliyə mənfi təsir göstərdi.
2011-ci ildə münaqişə başlayandan bəri bəzi ölkələr Suriyada öz siyasi proqramlarını hərbi həll yolları ilə həyata keçiriblər. Onlar BMT Nizamnaməsinin əsas prinsiplərinə məhəl qoymayaraq, Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozub, terrorçu və separatçı qruplara dəstək veriblər.
Təəssüflər olsun ki, 13 ildən sonra bu ölkələr nə hərbi, nə də diplomatik yollarla nail ola bilmədiklərinə nail olmaq üçün bir vasitə kimi sanksiyalara əl atırlar.
Sizin rəyiniz