27 mart 2024 at 17:25
Jurnalist kodu: 5487
Xəbər kodu: 85428930
T T
0 Persons

Tags

Suriyada yaşayan fələstinlilər İranın Fələstin xalqına etdiyi yardıma görə təşəkkür ediblər - Video

Dəməşq - İRNA - İran İslam Respublikasının Suriyadakı səfirliyi mübarək Ramazan ayı münasibəti ilə bu gün (çərşənbə günü) keçirilən mərasimdə Fələstinin "Yərmuk" düşərgəsinə yardım paylayıb.

İran İslam Respublikasının Suriyadakı səfirinin müavini Əlirza Ayəti deyib: “Qəzzada son altı ayda baş verən hadisələr sionistlərin anti-insani mahiyyətini göstərdi və Fələstin xalqının öz hüquqlarına nail olmasının yeganə yolu müqavimətdir.”

“İran İslam Respublikası məzlum Fələstin xalqının və qəsbkar sionist rejimə qarşı müqavimət mücahidlərinin yanında olmaqda davam edir” - deyə, o, qeyd edib.

İran İslam Respublikası səfirinin müavini Qəzzanın müdafiəsiz insanları, qadın və uşaqlarının qətliam edilməsinin dayandırılması üçün cavabdeh olan beynəlxalq qurumların təcili addım atmasının vacibliyini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .