9 aprel 2024 at 20:12
Jurnalist kodu: 5561
Xəbər kodu: 85440436
T T
0 Persons
Türkiyə hökuməti sionist rejimə qırıcı və təyyarə yanacağının ixracını məhdudlaşdırıb

Tehran - İRNA - Türkiyə Ticarət nazirliyi yaydığı bəyanatda bu ölkənin sionist rejimə təyyarə və qırıcı yanacağı da daxil olmaqla 54 məhsulun ixracını məhdudlaşdırdığını bildirib.

İRNA-nın Anadolu xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə hökuməti 2024-cü il aprelin 9-dan etibarən İsrailə 54 adda mal ixracını məhdudlaşdıracaq.

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, sionist rejimə heç bir hərbi mal və silah satılmayıb və satılmayacaq. Bu məhdudiyyətlər sionsit rejim dərhal atəşkəs tətbiq edənə və Qəzzə zolağına kifayət qədər və fasiləsiz yardımın göstərilməsinə icazə verənə qədər davam edəcək.

İxracı məhdudlaşdırılan 54 məhsul aşağıdakılardır:

Alüminium profillər, alüminium məftillər, boya, məftil və mis məftillər, beton qarışdırıcılar, polad borular və fitinqlər, polad məftillər, polad saxlama qabları, polad körpü hissələri, polad profillər, tikinti üçün sement blokları və plitələr, beton və ya süni daş, dəmir və poladdan hazırlanmış bütün tikinti materialları, dəmir-polad məftillər, elektrik kabelləri, elektrik panelləri, kaşı, fiber optik kabellər və elektrik keçiriciləri, forklift, qranit, kəndir və kabel, bərk cism məhsulları, hidravlik yağlar, armaturlar, tikinti maşınları, tikinti izolyasiya materialları, tikintidə istifadə olunan şüşə, kimyəvi birləşmələr, bel, dırmıq, qarmaq, kükürd, mineral yağlar, diyircəkli zəncirlər, mərmər daşı, metal emalı maşınları, metal emalında istifadə olunan kimyəvi maddələr, mineral gübrələr, mühərrik yağı, altlıqlar, plastik borular, sendviç panellər, keramika, avtomobillər üçün həlledici boyalar, mişar, kərpic, təyyarə benzini və qırıcı yanacağı, kranlar, yapışqan və düz polad təbəqələr.

Sizin rəyiniz

You are replying to: .