Rəisi Həniyyə ilə telefon danışığında: Müqavimət liderləri öz xalqları ilə birlikdə fədakarlığın ön cəbhəsindədirlər

Tehran - İRNA - Prezident Həniyyə ilə telefon danışığında deyib: “Müqavimət liderləri bu fədakarlıqlarla öz xalqları ilə birlikdə Qüdsi-şərifin azad edilməsi üzrə ön cəbhədə dayanıblar.”

Ayətullah Seyid İbrahim Rəisi cümə axşamı Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyə ilə telefon danışığında qəddar sionist rejimin Qəzzədə Əş-Şati düşərgəsinə hücumu nəticəsində onun övladlarının və nəvələrinin şəhid olması münasibətilə başsağlığı verib, bu cinayətin sionist rejimin vəhşilik və uşaq qatili olmaq xislətini daha çox aşkara çıxardığını və sionistlərin müqavimət cəbhəsi qarşısında acizlik, çarəsizlik və məğlubiyyətinin əlaməti olduğunu bildirərək deyib: “İnsan haqları iddiaçıları bu cür cinayətlərə susqunluğu və namərdcəsinə dəstəyi ilə bu mənfur rejimin cinayətlərinin şərikləridir.”

Prezident HƏMAS Siyasi Ofisinin rəhbərinin bu ağrılı sınaqda göstərdiyi səbri və fədakarlığı yüksək qiymətləndirib, müqavimət liderlərinin bu fədakarlıqlarla öz xalqı ilə birlikdə Qüdsi-şərifin azad edilməsində ön cəbhədə olduqlarını bəyan edib, Mütəal Allahdan bu şəhidlər üçün ülvi dərəcələr və Fələstin xalqı üçün nurlu müqavimət yolunda və Qüdsi-şərifin azadlığı naminə sabitqədəmlik diləyib.

Bu telefon danışığında İsmayıl Həniyyə də İran İslam Respublikası Prezidentinin həmdərdlik ifadə etməsini yüksək qiymətləndirib, bu qanlarla millətimizə, amalımıza və ümmətimizə ümid, gələcək və azadlıq qurduğumuzu vurğulayaraq deyib: “Sionist cinayətkar düşmən müqavimət liderlərinin övladlarını hədəfə almaqla bizim və xalqımızın qətiyyətini sarsıda biləcəyini güman edir, halbuki, bu qanlar bizi müqavimət yolunda daha güclü edir.”

HƏMAS Siyasi Ofisinin rəhbəri Qüdsi-şərif və Məscidül-Əqsanı azad etmək yolunda tərəddüd etməyəcəklərini və geri çəkilməyəcəklərini bəyan edərək vurğulayıb: “Övladlarımın və nəvələrimin qanı Qüdsi-şərifin və Məscidül-Əqsanın azadlığına fəda olsun.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .