12 aprel 2024 at 10:41
Jurnalist kodu: 5487
Xəbər kodu: 85441813
T T
0 Persons

Tags

İran və Pakistan prezidentləri sionist rejimin cinayətlərinin qarşısını almağa səy etməyi vurğulayıblar

Tehran - İRNA - Prezident İslam ümməti gənclərinin müxtəlif fitnələrin, o cümlədən İŞİD fitnəsinin dəf edilməsində iman və qeyrətini yüksək qiymətləndirərək vurğulayıb: “İran və Pakistan arasında münasibətlərin inkişafı müstəmləkəçi güclərin heç də xoşuna gəlmir və onlar fitnə yaratmaqla iki xalq və iki İslam ölkəsi arasında uçurum yaratmağa cəhd edirlər.”

İran və Pakistan prezidentləri Ayətullah Seyid İbrahim Rəisi və cənab Asif Əli Zərdari cümə axşamı, axşam saatlarında telefon danışığı aparıblar.

Rəisi Pakistan hökumətini və xalqını Fitr bayramı və cənab Zərdarinin yenidən Pakistan prezidenti seçilməsi münasibətilə təbrik edib, iki ölkə arasındakı münasibətləri dərin, tarixi və dini, etiqadi, mədəni və qonşuluq sahələrində bir çox qırılmaz ortaqlıqlara əsaslanan əlaqələr hesab edib, yeni dövrdə ikitərəfli münasibətlərin iki xalqın maraqlarının təmini istiqamətində daha da genişlənəcəyinə ümid etdiyini bildirib.

Prezident qarşılıqlı əlaqələri genişləndirmək üçün iki ölkənin imkanlarının müxtəlif və zəngin olduğunu bəyan edərək deyib: “İran və Pakistan mədəni, ticarət və enerji sahələrində əməkdaşlığı genişləndirmək üçün çox yaxşı sahələrə malikdir və İran İslam Respublikası bu imkanların reallaşdırılması üçün əməli addımlar atılacağına ümid edir.”

Rəisi İslam ümməti gənclərinin müxtəlif fitnələrin, o cümlədən İŞİD-in fitnələrinin dəf edilməsində iman və qeyrətini yüksək qiymətləndirərək vurğulayıb: “İki ölkə arasında münasibətlərin inkişafı müstəmləkəçi güclərin heç də xoşuna gəlmir və fitnə yaratmaqla iki xalq və iki İslam ölkəsi arasında uçurum yaratmağa çalışırlar. Biz terrorizmə qarşı birgə mübarizədə əməkdaşlığı gücləndirməklə, düşmənlərin istəklərinin həyata keçməsinin qarşısını almalı, Tehran və İslamabad arasında dostluğu inkişaf etdirməliyik.”

Prezident sionist rejimin Qəzzədə cinayətlərini və soyqırımlarını davam etdirməsini İslam ölkələri və dünyanın bütün azad insanları üçün ağır bir kədər hesab edib, uşaq öldürən bu rejimin cinayətlərinin qarşısının alınması istiqamətində təsirli təzyiqlərin göstərilməsi üçün azadlıqsevər və müstəqil dövlətlərin birgə səylərinin zəruriliyini vurğulayıb. 

Bu telefon danışığında Asif Əli Zərdari də İran hökuməti və xalqını Fitr bayramı münasibətilə təbrik edib və sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki konsulluq binasına hücumunu pisləyib, özünün və ölkəsinin İranla əlaqələri inkişaf etdirmək arzusundan danışaraq deyib: “İki ölkə arasında geniş mədəni və sivilizasiya oxşarlıqları mədəni, ticarət, iqtisadi əlaqələrin genişləndirilməsi və iki tərəf arasında müxtəlif və çoxsaylı imkanların mübadiləsi üçün əlverişli zəmindir.”

Pakistan Prezidenti də doktor Rəisinin İran və Pakistan xalqının düşmənlərinin regionda təhlükəsizlik mühitini gücləndirmək üçün fitnəkarlıqları barədə fikirlərini təsdiqləyib, terrorizmlə mübarizə və bu məsələnin iki ölkə arasında dostluq münasibətlərinə xələl gətirməməsi üçün əlaqələrin və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini vurğulayıb.

Zərdari həmçinin müsəlman və müstəqil ölkələrin sionist rejimin Qəzzənin məzlum xalqına qarşı cinayətlərini dayandırmaq üçün bu rejimə təzyiq göstərmək səylərinin zəruriliyini vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .