14 aprel 2024 at 15:07
Jurnalist kodu: 5487
Xəbər kodu: 85444213
T T
0 Persons

İran BMT-nin Nizamnaməsindəki məqsəd və prinsiplərə sadiqdir

14 aprel 2024 at 15:07
Xəbər kodu: 85444213
İran BMT-nin Nizamnaməsindəki məqsəd və prinsiplərə sadiqdir

Tehran - İRNA - İran İslam Respublikasının Cenevrədəki nümayəndəliyi bildirib: “İran BMT-nin məsul üzvlərindən biri kimi BMT-nin Nizamnaməsində və beynəlxalq qanunlarda əksini tapmış məqsəd və prinsiplərə sadiqdir və onun qəti mövqeyi regionda gərginliyin və ya münaqişənin artmasına can atmamaqdan ibarətdir.”

İran İslam Respublikasının Cenevrədəki nümayəndəliyi bu ofisin sosial şəbəkədəki rəsmi səhifəsində sionist rejimin İranın Dəməşqdəki konsulluğuna hücumuna İranın verdiyi cavaba münasibət bildirərək bəyan edib: “BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsaslanan təbii özünümüdafiə hüququndan istifadə etməklə və İsrail rejiminin dəfələrlə hərbi təcavüzünə, xüsusilə bu rejimin 2024-cü il aprelin 1-də İranın diplomatik obyektlərinə silahlı hücumuna –hansı ki, bu hücum BMT Nizamnaməsinin 2-ci maddəsinə ziddir və beynəlxalq qanunların açıq şəkildə pozulmasıdır– cavab olaraq, həmçinin, Təhlükəsizlik Şurasının təcavüzkarı pisləmək və ona cavab vermək üçün lazımi tədbirlər görməməsindən sonra, İran İsrailin hərbi obyektlərinə qarşı bir sıra hərbi əməliyyatlar həyata keçirdi.”

Bəyanatın davamında bildirilir: “İran BMT-nin məsul üzvlərindən biri kimi BMT-nin Nizamnaməsində və beynəlxalq qanunlarda əksini tapmış məqsəd və prinsiplərə sadiqdir və regionda eskalasiyaya və münaqişəyə can atmadığına dair həmişəki sabit mövqeyini bir daha bəyan edir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .