14 aprel 2024 at 20:35
Jurnalist kodu: 5561
Xəbər kodu: 85444530
T T
0 Persons
Əl-Cəzirə analitiki: İran İsrailə qarşı “özünümüdafiə” hüququndan istifadə etdi

Tehran - İRNA - Əl-Cəzirə analitiki James Bays deyib: “İran “Doğru Vəd” əməliyyatında BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq “özünümüdafiə” təbii hüququndan istifadə edib və indi böhranın davamını və ya bitməsini İsrailin cavabı müəyyən edəcək.”

Telekanalın analtiki televiziyaya verdiyi müsahibədə İranın sionist rejimin Tehranın Dəməşqdəki konsulluğuna hücumuna cavab olaraq dünən axşam keçirdiyi "Doğru Vəd" hərbi əməliyyatının mahiyyətini izah edərək deyib: “Bu əməliyyat BMT-nin Nizamnaməsinin ölkələrin özünü müdafiə etmək hüququ ilə bağlı 51-ci maddəsinə uyğun olaraq həyata keçirilib.”

Analtik “hesablama xətası”nın əhəmiyyətini və bu səhvin münaqişənin davam etdirilməsində və ya ona son qoyulmasında oynaya biləcəyi rolun əhəmiyyətini vurğulayaraq deyib: “İsrail rejiminin İran konsulluğuna “hücum” silsiləsinin başa çatması və İranın beynəlxalq qaydalara əsaslanan “əks-hücum”u ilə indi bu İsrail rejiminin reaksiyasıdır ki, hesablama səhvinə yol versə və bu məntiqi dövrəyə məhəl qoymasa, münaqişələrin davam etməsinə səbəb ola bilər.”

O, sionist rejimin baş naziri Benyamin Netanyahunun bu vəziyyətdən istifadə etmək üçün müharibə qızışdırmasını, qədim düşməninə, yəni İrana hərbi cavabı izah edib, ABŞ-ın Netanyahuya qarşı vasitəçilik rolunu və onun qarşısının almasını vurğulayıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .