ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi nazirliyin internet saytında verdiyi açıqlamada ABŞ dövlət katibi Entoni Blinkenin Britaniya və Almaniya xarici işlər nazirləri David Kameron və Analena Berbok ilə telefon danışıqlarında bu məsələni müzakirə etdiyini bildirib.
Açıqlamaya görə, Blinken, Kameron və Berbok “vəziyyətin daha da gərginləşməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar”.
Bəyanatda əlavə edilib: Blinken ABŞ-ın İsrailin təhlükəsizliyinə möhkəm və aşkar sadiqliyini vurğuladı və dedi ki, biz bütün təhdidlərə qarşı ayıq-sayıq qalırıq və xalqımızı qorumaq üçün lazımi tədbirləri görməkdən çəkinməyəcəyik.
Bundan əvvəl Blinken iordaniyalı, səudiyyəli, misirli və türkiyəli həmkarları ilə ayrı-ayrılıqda telefon danışıqlarında İranın sionist rejimə qarşı tənbeh hücumunu müzakirə edib.
Sizin rəyiniz