15 aprel 2024 at 16:29
Jurnalist kodu: 5487
Xəbər kodu: 85445619
T T
0 Persons

Tags

Sionist media: İranlılar yaxşı anlayıblar ki, hansı əraziləri hədəf almalıdırlar

Tehran - İRNA – Bir sionist media sionist rejimin bu yaxınlarda Dəməşqdəki İran konsulluğuna hücumuna İran İslam Respublikasının raket və PUA-larla verdiyi cavaba işarə edərək, bildirib: İranlılar hansı bölgələri hədəf almalı olduqlarını çox yaxşı anlayıblar.

İRNA-nın bazar ertəsi verdiyi xəbərə görə, sionistlərin 12-ci kanalı aprelin 14-də (şənbə gecəsi) İranın sionist rejimə raket və PUA-larının tənbeh cavabı və bu rejimin nüvə obyektlərinin yerləşdiyi mühüm "Dimona" bölgəsi barədə reportajında bildirib: İranın hücumu gecəsi “Dimona”da 12 dəfə həyəcan təbili çalınıb.

Bu kanal əlavə edib: İranlılar hansı bölgələri hədəf almalı olduqlarını yaxşı anlayıblar.

İsrail rejimi rəsmisi İngiltərənin "Financial Times" qəzetinə bildirib: İrana məxsus PUA-lar İsrailin reaksiyasını yoxlamaq və onların müdafiə vasitələrinin yerlərini və marşrutlarını izləmək üçün hazırlanıb.

O, davam etdi: İran raketlərinin yaxınlaşması ilə baş nazir Binyamin Netanyahunun xüsusi təyyarəsi təhlükəsiz yer tapmaq üçün “Navatim” hava bazasından havaya qalxmalı oldu.

0 Persons

Sizin rəyiniz

You are replying to: .