İRNA-nın məlumatına görə, Washington Post dünən (14 aprel) yazıb ki, nadir hallarda hava hücumlarına məruz qalan Qüdsdə hava hücumundan müdafiə vasitələrinin səsi göydəki ildırım kimi əks-səda verdi. Hava hücumu sireninin səsi ilə eyni vaxtda insanlar balkonlara toplaşır və ya pəncərənin arxasından səmada baş verən partlayışları izləyirdilər.
Hücumların səhəri günü küçələrdə heç kim yox idi. Dükançılar dedilər ki, bəziləri su və yemək almağa gəlmişdi. Mağazadan çox şey alan 27 yaşlı Meri Ceyms bu Amerika qəzetinə deyib: "Dəhşətli idi. Dəhşətli! Düşünürəm ki, özümü sakitləşdirmək üçün alış-veriş edirəm. Daha nə edəcəyimi bilmirəm."
Şərqi Qüdsün Silvan bölgəsində yaşayan 45 yaşlı Əbu Kərəm deyib: "Sanki bütün yerli sakinlər hücumları izləməyə çıxmışdılar. Hamı oyaq idi."
O, əlavə edib: "Göydə od görüb qorxmaya bilərsən!?"
48 yaşlı Şayli Niv də şənbə gecəsi cavab hücumlarını işğal olunmuş ərazilərdə baş verən son narahatedici hadisə kimi qiymətləndirərək, işlərin onun nəzarətindən çıxdığını hiss etdiyini deyib.
"Əlimizdən heç nə gəlmir. Biz eyni anda xəbərləri dinləyib həyatımızı idarə edə bilmirik"- deyə, o, əlavə edib.
Ş. Niv həmin gecə telefonunu işə saldıqda onlayn istifadəçilərin dəhşətə gəldiyini görüb və tez telefonu söndürüb.
Qüdsdə yaşayan Niv deyib: “Bu hökumətlə (Benyamin Netanyahu) mümkün olan ən pis şeylərin baş verəcəyini gözləyirəm.”
Sizin rəyiniz