İranın qızlardan ibarət futbol komandası gənclər arasında CAFA turnirində son oyunda Qırğızıstanla qarşılaşıb və 1:1 hesabla heç-heçə edib və nəhayət, üç qələbə və bir heç-heçə ilə bu turnirdə çempion olub. Bu görüşdə 66-cı dəqiqədə İranın heyətində Pərniya Rəhmani fərqlənib.
İranın 18 yaşadək qızlardan ibarət futbol komandası bundan əvvəl Tacikistan komandasına 5-0, Özbəkistana 4-2, Türkmənistana isə 7-0 xalla qalib gəliblər və Qırğızıstanla heç-heçə etdikdən sonra 10 xalla turnirin çempionu olublar.
Tehran - İRNA - İranın 18 yaşadək qızlardan ibarət futbol komandası CAFA (Futbol üzrə Mərkəzi Asiya Çempionatı) turnirində çempion olub.
Sizin rəyiniz